Problemli kreditlər artır

Problemli kreditlər artır

dol

“Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan üzrə növbəti reytinq azaldılması gözlənilmir. Bunu Agentliyin kiçik vitse-prezidenti, analitik Mariya Malyukova bildirib: “Bütün neqativ amillər artıq ilin əvvəlində reytinq azaldılanda nəzərə alınıb”.

Onun sözlərinə görə, yaxn 12-18 ayda Azərbaycanın bank sektorunda müsbət dəyişikliklər gözlənilmir: “Azərbaycan iqtisadi resessiya dövrünə daxil olub. Bu il ÜDM-in 3,3% azalacağını gözləyirik. Fiskal vəziyyət pisləşib”.

“Bankların kreditləşməsi azalacaq. Problemli kreditlərin ilin sonuna 20%-ə çatacağı proqnozlaşdırılır. İlk rübdə bankların kredit portfeli 9% azalıb. Azərbaycan Beynəlxalq Bankını (ABB) istisna etsək bankların problemli kreditləri artıq 25% təşkil edir. ABB xaric, problemli kreditlər ilin sonuna 25%-ə çatacaq. Kapitalın aktivlərə nisbəti ilin əvvəlindəki 11,2%-dən martın 1-nə 10,9%-ə çatıb”, – deyə “Moody’s” rəsmisi qeyd edib.

COMMENTS