Problemli kreditlərin həcmi pik həddə çatıb

  • By admin
  • 14 İyul 2017 13:48

kredit_0001

May ayında kredit qoyuluşların həcmi əvvəlki aya nisbətən 12.3 faiz azalıb.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki,  sözügedən ay ərzində kredit qoyuluşlarının həcmi 14.7 milyard manat olub.

Mərkəzi Bank kredit qoyuluşlarındakı azalmanı Azərbaycan Beynəlxalq Bankındakı aparılan restrukturizasiya tədbirləri ilə əlaqələndirir.

Kreditlərin həcminin azalmasına rəğmən problemli kreditlərin həcmi 8.3 faiz artaraq 1.7 milyard manat olub. Kredit portfelində vaxtı keçmiş  borcların həcmi 11.8 faizə çatıb.

Vüsalə 

Gununsesi.info