Prodüser Təranə Səmədova Kərimə söz atdı - "ONU ÖLKƏYƏ TANIDAN MƏN OLMUŞAM"

  • By admin
  • 23 May 2017 16:39

terane kerim

Verdiyi açıqlamaları ilə hər zaman gündəm yaradan prodüser Təranə Səmədova Dünya telekanalında yayımlanan “DTV Maqazin” verilişinə gündəmdən düşməyəcək açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, Təranə sənətdən getdiyini deyib: “Prodüser kimi fəaliyyətimi ola bilsin ki, dondurdum. Kiminsə adı üçün çalışıram, ad qazananda Təranəni unudur. Bir az sadə olun, yoxsa sizi həmişə qınayacağam. Onlarla işləməyimə layiq bildiyim ifaçıya rast gəlməyənə kimi prodüser kimi çalışacağam. Son zamanlar gənc müğənni Səbinə ilə işlədim, sadəcə onda perspektiv görməyib ayrıldım. O özü uğur qazana bilmədikcə elə bilirdi ki, mən ondan əlimdən gələni əsirgəyirəm. Amma bunu o insana izah edə bilmirsən ki, sən o dərəcədə istedadlısan, deyirəm sonra da sözüm xətrinə dəyir, davaya çevrilir. Dost kimi işbirliyimizi bitirdik”.

Təranə Səmədova prodüser Tolikin də bu sənətdən getməsi ilə bağlı maraqlı açıqlamalar edib: “Mən hesab edirəm ki, Tolikin Eltonla işbirliyi bitəndən sonra o da heç kimlə işləməyəcək. Bunu hiss edirəm, çünki həqiqətən bezirik”.

Səmədova hazırki məşğuliyyəti barədə də danışıb: “Hələ ki, aktrisalığımı davam etdirirəm, bu qədərini düşünməzdim. Bilirəm ki, çox böyük rəğbət qazanmışam. Çoxlu xoş rəylər görürəm və mənim çox xoşuma gəlir. Təzə bir filmə dəvət də almışam. Gələn aydan çəkilişlərinə başlanılmalıdır, orda 1-ci obrazlardan biri mənəm. Rayon qadını obrazını oynayacağam”.

Təranə keçmiş həyat yoldaşı müğənni Kərimin onunla qalmaqalından sonra gündəmdə qaldığını deyib: “Mənim elə keçmiş həyat yoldaşımın ən böyük təbliğatını edən mən olmuşam. Onu ölkəyə tanıdan prodüser mən olmuşam. Sonra da bizim ailə münaqişəmizə görə gündəmdə qaldı, başqa işlər görmürdü, indi-indi başlayıb sənətlə məşğul olmağa. Ona da bu yolu Bəhruz Qəlbinur başa salıb”.

Gununsesi.info