
ABŞ-ın Braun Universitetinin professoru Dr Rasha Alawieh etibarlı vizası olmasına baxmayaraq deportasiya edilib. Professorun ölkədən uzaqlaşdırılması üçün məhkəməyə 48 saat əvvəldən məlumat verilməli idi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, New York Times (NYT) qəzetinin məlumatına görə, Braun Universitetinin tibb fakültəsində çalışan və ölkəsinə səfər etdikdən sonra saxlanılan Livan vətəndaşı Prof. Dr. Rasha Alawieh deportasiya edildi.
Etibarlı vizası olmasına baxmayaraq Boston Loqan Beynəlxalq Hava Limanında Gömrük və Sərhəd Mühafizəsi tərəfindən 36 saat saxlanılan Alawieh Livana geri göndərilmək üçün təyyarəyə mindirilib.
Bölmə Massaçusets Federal Dairə Məhkəməsinin Alawieh-in deportasiya edilməsindən 48 saat əvvəl məhkəməyə məlumat verilməsi tələbinə əməl etməyib.
Massaçusets Dairə Məhkəməsinin hakimi Leo Sorokin Gömrük və Sərhəd Mühafizəsinin məhkəmə qərarlarına “qəsdən” tabe olub-olmaması barədə məlumat istəyib.
Sorokin bildirib ki, bölmə “heç bir əsas vermədən” Alawieh-i deportasiya edib.
Orxan