Professor İlham Rəhimov mükafata layiq görülüb- FOTOLAR

Professor İlham Rəhimov mükafata layiq görülüb

O, Respublika Veteranları Təşkilatının “Veteran Həmrəyliyi” və “General Həzi Aslanov” medalı ilə təltif edilib.

Bu barədə Gununsesi.info-ya İ.Rəhimovun mətbuat katibliyindən məlumat verilib.

Bu gün Respublikanın əməkdar hüquqşünası Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, hüquq elmləri doktoru, professor İlham Rəhimov Respublika Veteranlar Təşkilatında olub.

Öncə İlham Rəhimov Respublika Veteranlar Təşkilatında yaradılmış şəraitlə tanış olub. Təşkilatın tarixi, respublikamızda həyata keçirilən veteran hərəkatında təşkilatın rolu, eləcə də, Prezident ilham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğı barəsində qonağa geniş məlumat verilib.

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovla profesor İlham Rəhimovun görüşü keçirilib. Görüşdə həmçinin Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov və təşkilatın Rəyasət Heyətinin üzvü hüquq elmləri doktoru, professor Bəhram Zahidov da iştirak edib.

General-polkovnik Tofiq Ağahüseynov İlham Rəhimovu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Təşkilatın sədri İlham Rəhimovun Azərbaycan xalqı və elmi qarşısında danılmaz fəaliyyəti olduğunu diqqətə çatdırmış, veteranların hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.

Professor İlham Rəhimov da öz növbəsində Tofiq Ağahüseynovun timsalında bütün veteranları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibətilə təbrik edib. Respublika Veteranlar Təşkilatında yaradılmış şəraiti yüksək qiymətləndirən İlham Rəhimov təşkilatla tanışlıqdan məmnunluq ifadə edib. Respublikamızada veteran hərakatının yüksələn xətlə inkişaf etdiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Respublika Veteranlar Təşkilatının bütün qəbildən olan veteranların sosial problərinin həlli istiqamətdində gördüyü işlərin əvəzsiz olduğunu bildirib. Təşkilatın əməkdaşlarının işini yüksək qiymətləndirərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Professor İlham Rəhimov rəhbərlik etdiyi Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının Azərbaycan Respublikasında həyata keçirdiyi, xüsusən də veteranların hüquqları sahəsində gördüyü işlər barəsində məlumat verib. Assosasiyanın  Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlıq etməyə və gələcəkdə Veteranların hüquqlarının müdafiəsi sahəsində təşkilata dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığı ifadə edilib.

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov İlham Rəhimova respublikada həyata keçirilən veteran hərəkatındakı fəal iştirakına görə təşkilatın təsis etdiyi “Veteran Həmrəyliyi” və “Həzi Aslanov” yubiley medalını təqdim edib.

Mürtəza 

Gununsesi.info

COMMENTS