Professor İlham Rəhimovun Rusiyada yeni kitabı çapdan çıxıb - FOTO

  • By admin
  • 04 Yanvar 2018 14:28

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”)  adlı növbəti kitabı çapdan çıxıb.

Bu barədə Gununsesi.info-ya professor İlham Rəhimovun mətbuat katibi məlumat verib.

O deyib ki, adından da göründüyü kimi, kitab bəşər tarixində ən qədim cəza növü olan edam cəzasına həsr edilib. Müəllif hər kəsə ölüm cəzası fenomeni ilə bağlı şəxsi mülahizələri ilə yanaşı, elmi ədəbiyyatdakı fikirlərlə tanış olmaq imkanı yaradır. Bu yanaşma hər bir oxucuya bu suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, yoxsa olmasın?

Kitab tələbələr, hüquq ali məktəblərinin aspirant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Gununsesi.info