Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü

  • By admin
  • 19 İyul 2020 13:03

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından yeddi gün keçir.

Gununsesi.org musavat.com-a istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun yeddi aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, mexanizmi müzakirə edilib.

Həmçinin İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.

 

 

Gununsesi.org