Prokuror Əvəz Zeynallıya 10 il cəza istədi

Prokuror Əvəz Zeynallıya amansız cəza istədi Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi davam edib.

Gununsesi.info xəbər verir ki, məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir. Bugünkü prosesdə prokuror ittiham çıxışı edərək hər iki təqsirləndirilən şəxsə cəza tələb edib.

Prokuror bildirib ki, Əvəz Zeynallıya və Elnur Şükürova qarşı müvafiq maddələri üzrə irəli sürülmüş ittihamlar məhkəmədə zərərçəkən və şahid ifadələriylə təsdiqini tapıb.

Prokuror məhkəmədən Əvəz Zeynallıya 10, Elnur Şükürova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

 

 

Gununsesi.info