Bakıda soyğunçuluqda təqsirləndirilən Nicat Əsədov barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib.
Gununsesi.info-nun məlumatına görə, iş üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 5-nə təyin edilib.
İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, N.Əsədov soyğunçuluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham olunub.
Yasamal Rayon Məhkəməsi N.Əsədov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib.
Gununsesi.info