O, jurnalistin Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə pul tələb etmək, təkrarən törədildikdə) maddə ilə təqsirli bilinməsini istəyib.
Vəkil Elçin Sadıqov yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası iyunun 12-nə təyin edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında İkram Rəhimov başqalarından pul tələb etməkdə günahlandırılır.
İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Rəhimov 2016-cı ildə “böhtan”-a görə 1 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra vaxtından əvvəl azadlığa buraxılıb.
Gununsesi.org