Prokuror və ailəsi yanğın nəticəsində həyatlarını itirdi - FOTO / VİDEO

Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Gununsesi.org “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında binanın 3-cü mərtəbəsində qeydə alınıb.

HTML tutorial

Yanğın nəticəsində, 4-ü uşaq olmaqla 8 nəfər vəfat edib. Həlak olanlar Lesosibirsk şəhərinin prokuroru Vasili Fedortsov,onun həyat yoldaşı və iki uşağı, eləcə də prokurorun bacısı, əri və iki uşağıdır.

Yanğına səbəb kimi ilkin variant olaraq qısa qapanma göstərilir.

Qeyd olunur ki, 36 yaşlı Fedortsov 2006-cı ildən prokurorluq orqanlarında fəaliyyət göstərirmiş. Bu ilin aprelində Lesosibirskə prokuror təyin edilibmiş.




 Gununsesi.org