Prokurorluq Ağdamda tapılan skeletləri  ARAŞDIRIR

  • By admin
  • 28 Oktyabr 2021 12:31

Baş Prokurorluq Ağdam rayonunda qazıntı işləri zamanı iki insan skeletinin tapılması haqda açıqlama verib.

Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info