Prokurorluq Eldar Həsənovun tibbi müayinəsi ilə bağlı vəsatətləri təmin etmir - ELDAR HƏSƏNOVUN SƏHHƏTİ PİSLƏŞİB

  • By admin
  • 21 May 2021 23:12

Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovdan xəbər var.

Gununsesi.info xəbər verir ki, vəkil Cavad Cavadov Eldar Həsənovla görüşüb.

Görüşdən sonra Cavad Cavadov media üçün açıqlama yayıb:

Məlumat verdiyimiz kimi Avropa İnsan Hüquqları Məhkəməsi Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq 07 may 2021-ci il tarixdə Eldar Həsənovun stasionar qaydada DTX-nın Tibb Hospitalına yerləşdirilməsi, zəruri müayinə, tibbi müdaxilə, cərrahiyyə əməliyyatı aparıması barədə qərar qəbul etmişdir.

Biz bu müraciəti etməmişdən əvvəl bütün mümkün daxili hüquqi müdafiə tədbirlərindən istifadə etdik, lakin müsbət heç nə olmadı.

Təssüflər olsun ki, Avropa Məhkəməsinin bu qərarı, bizə məlum olmayan səbəbdən icra edilmir.
Hətta Avropa Məhkəməsində höküməti təmsil edən Çingiz müəllim Əsgərov bu tədbirin ləğv edilməsini Avropa Məhkəməsindən xahiş etmişdir, lakin məhkəmə hökümətin bu xahişini rədd etmişdir.
Eldar Həsənovun səhhəti isə ağır olaraq qalır.
Bu gün Eldar müəllimlə görüşdə öyrəndim ki, ötən gecə onun səhhəti daha da ağırlaşmışdır və ağır ağrıkəsicilərin təkrar qəbulu ilə durum nisbətən sabitləşdirilmişdir.
Avropa Məhkəməsinin qərarını qoyuruq kənara.
Bəs Konstitusiyamız, öz qanunlarımız ? insanlıq, humanistlik? Bunlar da yoxdur?
Prokurorluq tibbi müayinə ilə bağlı vəsatətləri təkrar olaraq təmin etməmişdir.

Mən əminəm ki, Eldar Həsənova qarşı olan bu münasibətdən cənab Prezidentin ( Ilham Aliyev) məlumatı yoxdur və ümid edirəm ki, bu yazdıqlarımız ona mətbuat vasitəsi ilə çatdırılar.