
Bu gün Baş Prokurorluğun Müsabiqə Komissiyası vahid auditoriyada – Bakı İdman Sarayında prokurorluq orqanlarına işə qəbulla bağlı yazılı imtahan keçirir.
Saat 10:00-da başlayan yazılı imtahan dörd saat müddətində davam edəcək.
Gununsesi.info xəbər verir ki, imtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə tədbiri müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, beynəlxalq və qeyri-hökumət təşkilatların, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri müşahidə edirlər.
Yazılı imtahan işləri yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq. Eyni zamanda, bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdiriləcək.
Gununsesi.info