Baş prokurorluq Dağıstan prokurorluğuna qadınların sünnət olması faktının araşdırılması tapşırılıb.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Baş prokurorun müavini Viktoriya Qrinyanın adından Dağıstan prokurorluğuna rəsmi məktub ünvanlanıb.
Belə bir qərar müğənni, Ailə, uğaq və analara dəstək İctimai Palatanın komissiyasının rəhbəri Diana Qurçkoyun Rusiyanın Baş prokuroru Yuriy Çaykaya Dağıstanda qadınların qanunsuz sünnət olunması ilə bağlı ünvanladığı məktub əsasında hazırlanıb.
Məktubda Dağıstan prokurorluğu ictimaiyyət arasında yayılan bu xəbərləri araşdırıb, yuxarı orqanları lazımı məlumat verməsi tapşıtılıb.
Gununsesi.info