Prokurorluq Sinan Oğanı MHP sıralarına bərpa etdi

  • By admin
  • 20 İyun 2016 15:52

sinan

 

Prokurorluq məhkəmənin MHP fəalı Sinan Oğanın partiyadan çıxarılması barədə qərarı rədd edib. Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq MHP sıralarından xaric edilən Sinan Oğanı partiya sıralarına bərpa edib. Bundan sonra onu MHP Başkanlığı uğrunda mübarizədə yolu açılıb.

Qeyd edək ki, Sinan Oğan partiyanın İqdırdan millət vəkili olub və partiya rəhbərliyinin həyata keçridiyi siyasətə etiraz edərək MHP lideri Dövlər Baxçalının istefa verməsi təklifi ilə çıxış edib. O partiyanın qrultayının çağrılması və yeni rəhbərliyin seçilməsi təklifini irəli sürüb. MHP rəhbərliyi onunu bu hərəkətlərini destruktiv bir hərəkət sayaraq partiya sıralarından xaric etmək barədə məhkəməyə müracitə edib və məhkəmə də onun partiya sıralarından xaric edib.

Bununla bağlı prokurorluğa şikayət olunub. Onun şikayəti təmin olunaraq o yenidən partiya sıralarına bərpa edilib. Yaxın zamanlarda partiyanın qrultayının keçirilməsi nəzərdə tutulur və S.Oğan da Baş bakanlığa namizədlərdən biridir.

Onu da qeyd etmək yerinə düşər ki, Sinan Oğan Türkiyədə yaşayan Azərbaycan türklərindəndir.