
“Prokurorluq və məhkəmələrin gömrük orqanlarının üzərində heç bir nəzarət imkanları yoxdur”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycanın tanınmış vəkili Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, gömrük orqanlarının qanunsuz hərəkətlərindən edilən şikayətlərə elə həmin qurumun özü baxır:
“Onlar da, vətəndaşları hədələməklə məşğuldur. Hətta, saxlanca verilmiş telefonları geri qaytarmırlar və vətəndaşı cərimə, müsadirə ilə hədələyirlər. ABŞ-dan səfərdən qayıdan tanış deyir ki, təyyarədən düşən kimi gömrükçülər insanlara hücum çəkir və hər şeydən “rüsum” almağa çalışırlar. Başqa heç bir yerdə vətəndaşların belə kütləvi soyulması yoxdur”.
Günay
Gununsesi.info