Prokurorluq və məhkəmələrin gömrük orqanlarının üzərində heç bir nəzarət imkanları yoxdur - VƏKİL ELÇİN SADIQOV

  • By admin
  • 06 İyun 2022 14:08

“Prokurorluq və məhkəmələrin gömrük orqanlarının üzərində heç bir nəzarət imkanları yoxdur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycanın tanınmış vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, gömrük orqanlarının qanunsuz hərəkətlərindən edilən şikayətlərə elə həmin qurumun özü baxır:

“Onlar da, vətəndaşları hədələməklə məşğuldur. Hətta, saxlanca verilmiş telefonları geri qaytarmırlar və vətəndaşı cərimə, müsadirə ilə hədələyirlər. ABŞ-dan səfərdən qayıdan tanış deyir ki, təyyarədən düşən kimi gömrükçülər insanlara hücum çəkir və hər şeydən “rüsum” almağa çalışırlar. Başqa heç bir yerdə vətəndaşların belə kütləvi soyulması yoxdur”.

Günay
Gununsesi.info