Prokurorun köməkçisi: “Kimin haqlı, kimin haqsız olmasıyla bağlı qərar qəbul olunacaq”

  • By admin
  • 06 İyun 2016 16:03

ATV

“ATV kanalının ictimai-iaşə müəssisələrində sanitar vəziyyətlərini çəkib göstərən “Yoxlama” verilişinin aparıcısı və kollektivi Şamaxı rayonunda yol qırağında fəaliyyət göstərən kiçik yeməkxanaya çəkilişə gəliblər. Deyiblər ki, yeməkxananızın mətbəxini çəkəcəyik. Sahibi etiraz edib. Bu zaman yeməkxananın sahibiylə verilişin aparıcısı Azər ismayılovl arasında mübahisə baş verib”. Bu fikirləri Gununsesi.info-ya Şamaxı rayon prokurorunun böyük köməkçisi Coşqun İsgəndərov məlumat verib. O bildirib ki, baş verən hadisə ilə bağlı Şamaxı rayon Prokurorluğunda artıq araşdırmalar gedir: “Bununla bağlı artıq tərəfimizdən araşdıma aparılır. Biz hələki, insident jurnalistlərə qarşı baş verdiyindən müəyyən araşdırmalar aparırırq. Görək doğurdanmı, ATV əməkdaşları həmin yeməkxanaya haqlı olaraq gediblər.Onların həmin sahibkarın yeməkxanasına getməyə, çəkiliş etmələri üçün əllərində əsası var idimi? Yoxsa ki, yeməkxananın sahibkarı haqlıdır? Ona görə də, bu araşdırmalar nəticəsində kimin haqlı, kimin haqsız olmasıyla bağlı qərar qəbul olunacaq”-deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb. Müəyyən edilir ki, bu fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; həmin Qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur. Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilir. Bu fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilir: – yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır; – bu fərmanla təsdiq edilən Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır; – sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

Xatırladaq ki, iyunun 4-də saat 19.00 radələrində ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H. Allahverdiyev və E. Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.

Gülnaz Qənbərli