Prorektorun evindən oğurluq edənlərin məhkəməsi başlayıb

  • By admin
  • 01 Noyabr 2016 10:25

mehkeme

Noyabrın 1-də Bakı Ağlr Cinayətlər Məhkəməsində Rasim Sadıqovun sədrliyi ilə oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq ediblər. Həmin şəxslər ümumilikdə 429 min 172 manat dəyərində əmlak ələ keçiriblər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Gülnaz Qənbərli

Gununsesi.info