“Proseslər Moskvanı qane etməyəcəyi təqdirdə, Rusiyapərəst qüvvələr meydana çıxacaq” - POLİTOLOQ

  • By admin
  • 27 İyul 2016 13:31

403351672

 

Ermənistanda Ukraynadakı kimi siyasi hakimiyyət dəyişikliyi baş verə bilər.

Bunu Gununsesi.info-ya açıqlamasında politoloq İlqar Vəlizadə son günlərdə İrəvanda baş verən olayları şərh edərkən deyib. Politoloq İrəvanda baş verən son olayları Serj Sərkisyan hakimiyyəti tərəfindən palanlaşdırılan siyasi aksiya hesab etmir. Onun sözlərinə görə, regionda baş verən mürəkkəb siyasi cərəyanlar fonunda Serj Sərkisyanın belə təhlükəli süni ssenari yaradaraq öz məqsədlərini həyata keçirməsi ona baha başa gələ bilər. “Çünki müəyyən mərhələdə proses məcrasından çıxa və xoşagəlməz hadisələrlə nəticələnə bilər. İrəvanda baş verən olaylar ölkədə uzun müddət öncə baş verən proseslərin nəticəsidir”- deyə, politoloq vurğulayıb. Ekspertin fikrincə, İrəvanda son günlərdə ortaya çıxan silahlı müxalifət ənənəvi müxalifətdən fərqlənir və özlərini 3-cü qüvvə kimi cəmiyyətə təqdim edirlər. “Ənənəvi siyasi müxalifət özünü ifşa etdiyindən və doğrultmadığından, ölkədəki son ictimai-siyasi proseslərdən kənarda qalıb və müdaxilə edə bilmir. Onların yerini isə özlərini 3-cü qüvvə kimi elan edən qüvvə doldrumağa çalışır. Və demək olar ki, onlar buna müəyyən mənada buna müəssər olublar. Bu qüvvənin hakimiyyətlə hər hansı formada əlaqədə olmaması cəmiyyətin rəğbətinə səbəb olduğundan dəstək qazanırlar. Bu qüvvə ölkədə artıq ciddi qüvvə çevrilmək mərhələsindədir”- deyə, politoloq vurğulayıb. Politoloq hesab edir ki, bu qüvvəyə də kənardan dəstək verən var. “Ancaq bu qüvvənin hazırda kim olduğu barədə konkret söz demək çətindir. Ancaq ermənilərin Amerikadakı diaspor təşkilatlarının bu qüvvəyə dəstək verməsi istisna deyil. Çünki onlar da Serj Sərkisyanın əleyhinə və hakimiyyətdən getməsi ilə bağlı aksiyalar keçirirlər”- deyə, o, vurğualyıb. Politoloqun fikrincə, bu qeyri-ənənəvi müxalifətin fəaliyyəti o həddə çatıb ki, hakmiyyət onalara qarşı hər hansı ciddi addım ata bilmir. “Bu da ölkədə siyasi böhrana səbəb olub. Digər qüvvələrdən fərqli olaraq yaranmış böhrandan xal toplayan da məhz qeyri-ənənəvi müxalifətdir. Bu isə müəyyən mərhələd ölkədə proseslərin nəzarətdən çıxarılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, Ukraynadakı hadisələr Ermənistanda təkrarlana bilər. Bu açıq formada Serj Sərkisyanın istefasını tələb edir”-deyə, o, qeyd edib. Ekspert hesab edir ki, bu qüvvələrin Ermənistanda hakimiyyət çevrilişi etməsi istisna deyil və etmək gücünə malikdirlər: “Ancaq bu qüvvə özü hakimiyyətə gəlməyəcək. Hansısa qüvvəni hakimiyyətə gətirəcək. Bax hansı qüvvəni hakimiyyətə gətirəcək, o qüvvə ortada görünmür. Ola bilsin ki, müəyyən keçid dövrü üçün koalisyon bir hakimiyyət qurula bilər. Robert Köçəryanın da gəlişi istisna deyil. Bu məsələ xaricdəki erməni diasporası və Moskva ilə yəqin ki, razlaşdırılacaq”. Politoloq onu da əlavə edib ki, proseslər Moskvanı qane etməyəcəyi təqdirdə, o, zaman Rusiyapərəst qüvvələr meydana çıxacaq. Ermənistanda baş verən hadisələrin Qarabağ münaqişəsinə təsirlərinə gəldikdə, politoloq bildirib ki, təbii olaraq danışıqlar prosesinə mənfi təsir edir. “Çünki Ermənistan rəhbərliyi yaranmış durumdan istifadə edərək danışıqlardan yayınmağa və bu yolla da prosesi uzadaraq vaxt qazanmağa çalışırlar. Ona görə də Azərbaycan ordusu hərb yolu ilə torpaqları azad etməyə hazır olmalıdır. Başqa cür proseslərin həllinə ümid etmək sadəlöhvlükdür. Ermənilər danışıqlar və sülh yolu ilə torpaqlar azad etmək fikrində deyil və danışıq dilini başa düşmürlər. Onlarla ancaq zor gücü ilə danışasan. Başqa yol yoxdur”.

Mürtəza Bünyadlı

Gununsesi.info