Prosineçki: “Qarşıdakı oyunları düşünməliyik”

  • By admin
  • 12 Noyabr 2016 10:24

procenski

Dünən DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli komandası növbəti matçına çıxıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, keçirilmiş Şimali İrlandiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

O, deyib ki, “3 qoldan sonra oyunumuzu tapa bilmədik”.

“Buna baxmayaraq, irəli baxmalıyıq. Qarşıdakı oyunları düşünməliyik. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. Həmin oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyümüz işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik”-deyə, o, sözlərinə əlavə edib.

Anar

Gununsesi.info