

Bütün dünya ABŞ-ın yeni prezidenti Donald Trampın səsləndircəyi fikirləri və qəbul edəcəyi qərarları səbrsizliklə gözləyir.
Gununsesi.info xəbər verir ki, bu fikri nevroloq-psixiatr Karl-Yoaxim Çander Almaniyanın “Focus” jurnalına müsahibəsində deyib.
Psixiatr təcili olaraq Ağ Evin yeni rəhbərinə xüsusi psixoloji yardım proqramının işlənib hazırlanmasını təklif edib.
O, deyib ki, mütəxəssislər Donald Trampın psixi sağlamlığını ciddi analiz edirlər.
“ABŞ tarixində bundan öncə də bəzi prezidentlər pisixi xəstəlikdən əziyyət çəkib, ancaq onlar prezident kürsüsündə oturmaq üçün məqbul hesab ediliblər. Məsələn, Linkoln ağır depressiyadan əziyyət çəkib, Teodor Ruzvelt də bipolyar psixi xəstəlikdən əziyyət çəkib”- deyə, mütəxəssis vurğulayıb.
Trampa gəldikdə, o, deyib ki, Trampda narsizmə meyllilik hiss olunur.
“Ola bilsin ki, Trampda bu yüngül formadadır və məhz buna görə də bu meyllər hətta, onda həyatda uğurlar əldə etməyə imkanlar yaradır. Narsizmə düçar olanlar əsasən ətrafdakılar üçün diskomfort yaradır.
Məhz bu xəstəliyin əlaməti olaraq Tram hesab edir ki, Amerikanı öz biznesini idarə etdiyi kimi idarə edə bilər. Və buna görə də, o, bacarmır. Hesab edirəm ki, Tramp artıq uçurumun qırağındadır” – deyə, professor Çander vurğulayıb.
Professorun fikrincə, Tramp cəmiyyətdə onun barəsində formalaşan sosial fikri nəzərə alamdan hərəkət edir ki, bu da sonda ciddi fəsadlarla nəticələnə bilər.
Bütün bunları nəzərə alan Çander Trampa təcili olaraq mütəxəssisə müraciət etməyi təklif edib:
“Düzdür Tramp psixiatrları savadsız adlandırsa da, Trampa kömək lazımdır. Əks təqdirdə, Amerika üçün çox pis olacaq”.
Gununsesi.info