“Psix”in premyerası olacaq - FOTOLAR

  • By admin
  • 07 Aprel 2022 09:59

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Migel de Servantesin “Don Kixot” romanı əsasında hazırlanan “Psix” bir hissəli cəngavərlik oyununun premyerası olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə tamaşanın rejissoru Ərtoğrul Kamalov sosial mediada məlumat verib.

Rejissor qeyd edib ki, tamaşa yaşı 18-dən yuxarı olan izləyicilər üçün nəzərdə tutulub.

“Tamaşa 1 saat gedir. Premyerada sizi görmək bizim üçün fəxr olar.

P.S. Hər zaman dünya teatrı deyib həvəslənirik, bəli, bu tamaşa dünya teatrlarında olan tamaşalar qədər oldu”, – Ə.Kamalov bildirib.

Aprelin 29-u saat 19:00-da nümayiş olunacaq tamaşada Xalq artisti Pərviz Məmmədrzayev, aktyorlar Gültac Əlili, Nicat Əli, Zaur Əliyev iştirak edirlər.

Tamaşanın bədii rəhbəri fəlsəfə elmləri doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Ərtoğrul Kamalov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşada Qara Qarayevin “Don Kixot” simfonik qravuralarından və digər musiqilərdən istifadə olunub.

Gununsesi.info