PSJ 13-cü dəfə Fransa kubokunu qazandı

Futbol üzrə Fransa Kubokunun finalında PSJ “Stad De Frans”da “Sent-Etyenn” klubuna qalib gələrək (1:0), 13-cü dəfə nüfuzlu mükafatın sahibi olub.

Gununsesi.org Sports.ru-ya istinadən xəbər verir ki, PSJ bu rekordla ən yaxın rəqibi “Marsel”i (10 kubok) üç kubok qabaqlayır.

Bundan əlavə, PSJ tarixində dördüncü dəfə bir mövsüm ərzində həm çempionluğu, həm də ölkə kubokunu qazanıb.

Gununsesi.org