İcarə əsasında Almaniyanın “Leypsiq” kollektivində içıxış edən Xavi Simons daha bir il Bundesliqada forma geyinəcək.
Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin üzvü ilə 1 illik icarə müqaviləsi yenilənib.
21 yaşlı yarımmüdafiəçi müqavilə əsasında Fransanın PSJ komandasına məxsusdur.
Qeyd edək ki, ötən mövsüm “Leypsiq”in heyətində 32 oyuna çıxan Simons 8 qol vurmağı bacarıb.
Gununsesi.info