Fransanın “Paris Saint-Germain” klubu “Tottenhem”in qapıçısı Uqo Loris ilə maraqlanır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Record” məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa klubu Lorisi ikinci qapıçı kimi nəzərdən keçirir. Hazırda PSJ-nin əsas qapıçısı Canluici Donnarummadır.
Qeyd edək ki, Loris 2012-ci ildən “Tottenhem”də çıxış edir. Onun komanda ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Loris ötən mövsüm 31 oyun keçirib, 45 qol buraxıb. Qapıçı 2018-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra Fransa millisindəki karyerasını başa vurub. O, 2008-ci ildən milli komandada çıxış edir. / Qafqazinfo