PSJ prezidentinin evində axtarış aparıldı

  • By admin
  • 06 İyul 2023 14:46

PSJ-nin prezidenti Nasser Əl-Xelaifinin evində axtarış aparılıb.

Gununsesi.info xəbər verir ki, bunun səbəbi “beIN Media Group” şirkətinin rəhbərinin adının Tayeb Benabderrahmananın oğurlanması, qanunsuz saxlanılması və işgəncələr tətbiq edilməsi üzrə aparılan istintaqla bağlıdır.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinə əlavə məlumatlara giriş etməklə bağlı icazə də verilib.

“RMC Sport” xəbər verir ki, Əl-Xelaifinin evində axtarışlar aparıldığı üçün PSJ-nin yeni çalışdırıcısı Luis Enrikenin təqdimatı 3 saatlıq təxirə salınıb.

Liqa 1 klubu 2022/23 mövsümünü Fransa çempionu kimi başa vurub.

Gununsesi.info