“PSJ”nin ulduzu növbəti dəfə zədələnib

  • By admin
  • 30 Yanvar 2022 17:37

Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos növbəti dəfə zədələnib.

Gununsesi.info Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi məşqdə ayağından xəsarət alıb.

İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, 2021-ci ilin yayında İspaniya “Real Madrid”indən PSJ-yə keçən Serxio Ramos zədə səbəbindən yalnız 5 oyunda meydanda olub və 1 qol vurub.

 

 

Gununsesi.info