“Pul alıb, müəllimlərə dərs paylayır” - Direktorla kollektiv arasında qalmaqal

  • By admin
  • 14 Sentyabr 2016 15:26

direktor

Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən iclasda qalmaqal yaşanıb.

HTML tutorial

Gununsesi.info AzNews.az-a istinadən xəbər verir ki, məktəb müəllimlərinin  verdiyi məlumata görə, iclasda müəllim kollektivi ilə məktəbin direktoru Ədalət Camalova arasında böyük mübahisə yaranıb. Buna səbəb müəllimlərin dərs saatlarının düzgün bölünməməsi olub.

Şikayətçilərin sözlərinə görə, hazırda sözügedən məktəbdə 450 müəllim fəaliyyət göstərir:“Direktor hər yeni dərs ilində məktəbə nəyinsə qarşılığında müəllimlər qəbul edir. Amma işə götürdüyü müəllimlərə dərs saatı verə bimir. Hazırda məktəbdə 450 müəllim var. Bu rəqəm dərs saatının bölgü prosesində problem yaradıb”.

Müəllimlər qeyd edib ki, direktor dərs saatlarının bölgüsündə ədalətsizlik edir: “Hansı müəllim ona “hörmət” edirsə, dərs saatı alır. Qalanlar isə qalıb Allahın ümidinə”.

Məktəbin direktoru Ədalət Camalova bəzi müəllimlərin az, bəzilərinin isə çox dəsr saatı aldığını təsdiqləyib. Direktor bölgünün müəllimlərin diaqnostik qiymətləndirmədən aldıqları ballara görə aparıldığını deyib: “Müəllimlər diaqnostik qiymətləndirmə zamanı bal toplayıblar. Dərs bölgüsü isə balların faizlərinə görə aparılıb. Yuxarı faiz toplayanlar çox, o birilər isə az dərs saatı alıb”.

Ə. Camalova məktəbdə 450 deyil, 327 müəllim çalışdığını, tədris alan şagirdlərin isə 3921 nəfər olduğunu vurğulayıb.

Gununsesi.info