Təcili pul köçürmə sistemi olan “Xəzri”nin yenilənən saytı vasitəsilə pul köçürməsi etmək mümkündür. Bunun üçün 3D Secure xidmətini dəstəkləyən kartın olması zəruridir. Yaxın zamanlarda sayt vasitəsilə köçürmə əməliyyatlarını Ukrayna, Rusiya, Gürcüstan və s. MDB ölkələrinə də sayt vasitəsilə aparılması mümkün olacaq.
Gununsesi.info-nun məlumatına görə, müştərilər www.xazri.az saytına daxil olmaqla, pul köçürmə sistemi barədə ətraflı məlumat ala biləcərlər. Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını sayt vasitəsilə etmək mümkündür.
Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında sistemin çoxsaylı tərəfdaş bankının filiallarından və ya 700-ə yaxın Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər. Həmçinin saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar. Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 3 dəqiqə ərzində əməliyyatı tamamlamaq mümkündür.
Qeyd edək ki, “Xəzri” hazırda Azərbaycan bazarının ən böyük sistemlərindən biridir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 167 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. 2017-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.