Pul xərcləmədən dünyanı gəzə bilərsiniz - BUNUN YOLLARI - VİDEO

  • By admin
  • 03 Aprel 2017 23:49

dunya turu

Xarici ölkələri gəzmək bir çoxlarının arzusu olsa da, maddi imkansızlıq bu arzunu reallaşdırmağa mane olur. Amma internetdə müxtəlif proqramlar var ki, o proqramda iştirak etməklə pulsuz səyahət etmək mümkündür. Məsələn, “Couchsurfing”.

Gununsesi.info-nun xezerxeber.az-a istinadən verdiyi məlumata görə, burada dünyanın müxtəlif yerlərindən insanlar qonaq qəbul etmək üçün öz evlərinin ünvanlarını yerləşdirirlər.

Help Exchange-Kömək birjasının sayəsində özünüzə həm ev, həm də yemək tapa bilərsiniz. Müxtəlif ölkələrdə yaşayan insanlar bu cür turistlərə iş təklif edirlər, əvəzində isə gecələməyə yer və yemək verirlər. Məsələn, VVOOF adlı proqrama qoşulmaqla 6 saat orqanik fermada işlədikdən sonra ev və gündəlik qida ilə təmin olunacaqsınız.

Kamran Şirinov da belə proqramlar vasitəsilə dünyanın 4 qitəsində, 13 ölkənin 30-dan çox şəhərində olub.

“Gənclər Hərəkatı” kimi proqramlar vasitəsilə isə aviabilet pulunun 70 faizi geri qaytarılır. Heyvansevərlər cəmiyyətinə qoşulmaqla isə turistik adalarda tısbağa kimi heyvanlara qulluq edə bilərsiniz.

Ramazan Əlisoy kimi gənclər isə xaricilərə Azərbaycanı tanımaq imkanı verirlər.

United Nations Volunteers-BMT-də könüllü olmaqla həm dünyanı gəzmək, həm də insanlara yardım etmək mümkündür.

Turist təhlükəsizlik üçün ailə və sahibkar haqqında bütün məlumatları əldə etdikdən sonra səyahətə çıxır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info