“Pul yoxdur” – Müğənni Niyam kasıblıqdan şikayətlənir

  • By admin
  • 06 Yanvar 2021 13:55

“İstəsəydim ansambl yığıb toylara gedib, vaxtında yaxşı pullar qazanırdım. Amma mən ürəyim istəyən mahnını oxumaq istədim”.

 

Gununsesi.org xəbər verir ki, bu sözləri tanınmış müğənni Niyam Salami ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişində deyib.

Sənətçi pandemiya ilə əlaqədar xeyli maddi sıxıntı çəkdiyini deyib:

“Kişi olasan, evdə qalasan. Çox əziyyət çəkirəm, bilmirəm nə olacaq. Pulsuzluqdan, təklikdən əziyyət çəkirəm. Niyə yalan danışım, pul yoxdur”.

 

Gununsesi.org