Pullar da infeksiya daşıyıcısı ola bilər - DİQQƏT

  • By admin
  • 29 Fevral 2020 19:20

Pul sürətlə əldən-ələ keçir. Koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə, həmin pul da bir əldən bir başqasına keçirsə, adamın yoluxması ehtimalı var.

Gununsesiaz.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında deyib. Ekspert bildirib ki, koronavirusun pul əsginazları üzərində yayılma ehtimalı var:

“Virusların daha çox insanların sıx toplaşdığı məkanlarda – məktəblərdə, metrolarda, avtobuslarda, ali məktəblərdə yayılması üçün olduqca münbit şərait olur. Bir də pul sürətlə əldən-ələ keçir. Koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə, həmin pul da bir əldən bir başqasına keçirsə, adamın yoluxması ehtimalı var. Həmin şəxsin yoluxması ilə yenə də virus pul əsginazı ilə digər şəxsə ötürülə bilər. Beləcə, yoluxma sayı arta bilər. Bu baxımdan alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük vermək vacibdir”.

 

 

Gununsesiaz.info