
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib. O ifadəsində heç nədən xəbəri olmadığını söyləyib. Hakim ondan ərinin işə düzəltmək adı ilə vətəndaşlardan pul alması haqda bilib-bilməməsini soruşub. Şahid ifadəsində qeyd edib ki, heç vaxt həyat yoldaşının işlərinə qarışmayıb. O, vəkillərin suallarına cavablandırarkən qeyd edib ki, həyat yoldaşı ayda 500 manat maaş alıb. Prokuror təqsirləndirilən Əlövsət Məhərrəmovdan zərərçəkmişlərdən aldığı 670 min manatın harada olmasını soruşub.
Əlövsət Məhərrəmov ifadəsində bildirib ki, həmin pulları MTN-nin polkovnikinə verib: “Pulları verdiyim MTN polkovniki İlqar Əliyev özünü asdı”.
Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info