Pulu olmadığından arvadının meyidini çiynində 12 kilometr piyada daşıdı - FOTOLAR

  • By admin
  • 26 Avqust 2016 14:23
kisi
 
Xəstəxanada dünyasnı dəyişən qadının meyidinin pulu olmadığından 12 km çiynində daşımalı oldu.
Gununsesi.info  “BBC Turk”-ə xəbər verir ki, hadisə Hindistanda baş verib. Hindistann Orissa əyalətinin Bhavanipatna qəsəbəsində Amang adlı qadın vərəm xəstəliyindən dünyasını dəyişir. Mərhumun əri Dana Majhi kasıb olduğundan onu yaşadığı kəndə maşınla aparmaq üçün pulu olmadığından xəstəxanadan təcili yardım istəsə də, ona kasıb olduğu üçün maşın verilmir. 
Onun yaşadığı kənd isə qəsəbə mərkəzindən 60 km uzaqlıqda olub.  Məcbur qalan Dana Mahji öz həyat yoldaşının meyitini çiynində  12 km daşımalı olur. Ona yol boyu qızı Çaula yoldaşlıq edib.
12 km məsafəni qət edəndən sonra yoldan keçənlərin müdaxiləsindən sonra ambulans göndərilib.
kisi1
Gununsesi.info