Püşk atıldı: Türkiyə klublarının pley-offdakı rəqibləri məlum oldu

  • By admin
  • 18 Sentyabr 2020 16:43

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, Türkiyə təmsilçilərindən “Beşiktaş” “Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qalatasaray” Xorvatiyanın “Hayduk” (Split” komandasını üstələsə, “Villem II” (Hollandiya) / “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq.

“Alanyaspor” isə Norveçdə “Rusenborq”u yenə bilsə, İstanbulda “Mura” (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək.

Oyunlar oktyabrın 1-də keçiriləcək.

 

 

Gununsesi.info