Püşk atıldı - MÖVSÜM DERBİYLƏ BAŞLAYACAQ

  • By admin
  • 02 Avqust 2017 14:16

955562_fanat_az

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi baş tutub.

Gununsesi.info xəbər verir ki, AFFA-nın mənzil-qərargahında keçirilən tədbirdə 8 elita komandası təmsil olunub.

Sayca 26-cı çempionatın açılış turunun matçları da müəyyənləşib. Yeni sezonun birinci oyun həftəsində “Qarabağ” rəqib meydanında “Neftçi” ilə qarşılaşacaqsa, “Qəbələ” Bakıda “İnter”in qonağı olacaq.

I tur

“İnter” – “Qəbələ”

“Neftçi” – “Qarabağ”

“Zirə” – “Səbail”

“Sumqayıt” – “Kəpəz”

Qeyd edək ki, ilk turun oyunları avqustun 11-13-ü aralığında keçiriləcək.

Gununsesi.info