Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, RT mənbəyinin məlumatına görə, Navalnı qan laxtalanmasından (tromb) dünyasını dəyişib.
Bu arada siyasətçinin vəkili Leonid Solovyov müvəkkilinin ölümü ilə bağlı xəbəri şərh etməkdən imtina edib.
“Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. İndi biz buna baxırıq. Çərşənbə günü Alekseyin vəkili onun yanında idi. O zaman hər şey yaxşı idi”, – vəkil bildirib.
Həmçinin bildirilir ki, Federal Penitensiar Xidmət Navalnının ölümünün səbəblərini aydınlaşdırmaq üçün Yamaldakı koloniyaya komissiya göndərib.
Gununsesi.info