Rusiya prezidenti Vladimir Putinin dekabrın 22-də keçiriləcək geniş press- konfransında iştirak etmək üçün rekord sayda jurnalist akkreditasiyadan keçib. Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, pree-konfransda iştirak etmək istəyən yerli və xarici KİV nümayəndələrinin ümumi sayı 1437 nəfərdir.
Qeyd edək ki, siyahı Kremlin rəsmi saytında dərc olunub. Rəsmi mənbə bildirir ki, geniş mətbuat konfransının iştirakçılarının sayı ilbəil artmaqdadır.
Xatırladaq ki, 2001-ci ildə keçirilən ilk mətbuat konfransında iştirak etmək üçün 500-dən artıq KİV nümayəndəsi akkreditasiyadan keçib.
2002 və 2003-cü illərdə onların sayı 700-dən çox olub, 2004-cü ildə 750-yə yaxın, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə 1259, 2015-ci ildə isə 1392 iştirakçı qeydiyyata alınıb.
Gülnaz Qənbərli
Gununsesi.info