Putin Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il münasibətilə təbrik ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

HTML tutorial

Təbrikdə qeyd olunub ki, iki dövlət başçılarının başa çatmaqda olan ildə Moskva və Soçidə görüşləri Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib.

Putin Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi üçün konstruktiv dialoq və sıx birgə fəaliyyətin davam etdirilməsinə ümidvar olduğunu ifadə edib. Vurğulanıb ki, bu, iki dövlətin xalqlarının əsas maraqlarına cavab verir.

Gununsesi.info