Putin ən yaxın adamını Belarusa səfir təyin edib

  • By admin
  • 14 Yanvar 2022 17:17

Rusiya Belarusa yeni səfir təyin edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Rusiya Prezidentinin Ukrayna ilə təmas qrupundakı nümayəndəsi, Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov təyin olunub.

Qeyd edək ki, Boris Qrızlov hakim Vahid Rusiya Partiyasının Ali Şurasının sədri, Dövlət Dumasının sədri, general rütbəsi olmayan yeganə daxili işlər naziri və başqa vəzifələrdə işləyib.

Gununsesi.info