
Rusiya, Türkiyə və İran prezidentləri 4 apreldə baş tutacaq Ankara sammitində Astana anlaşmalarının gedişatını gözdən keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə görüşündə deyib.
“Görüş BMT-nin 2254 saylı qərarına dəstək xarakteri daşıyır və tam zamanında keçiriləcək”, – deyə bildirilib.
Gununsesi.info