
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danşığı gedir. Gununsesi.info RİA-Novostiyə istinadən xəbər verir ki, bunu Putinin mətbuat xidmətinin rəhbəri Dmirtiy Peskov deyib.
Onun sözlərinə görə, hazırda danışıqlar gedir. Telefon danışığı zamanı Putin iyunun 28-də İstambulda baş verən terror aktı nəticəsində ölən və yaralananlarla bağlı türkiyəli həmkarına başsağlığı verib.
Telefon danışığında prezidentlərin əsas müzakirə predmeti iki ölkə arasındaskı münasibətlərin normallaşdırılması məsələdir.