
Rusiya və Türkiyə arasında ikitərəfli böhran münasibətlərindən sonra Rusiya prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Strelnadakı Konstantinovski sarayının yunan qonaq evində keçirilən görüş əlsıxma ilə başlayıb.
Gununsesi.info rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya tərəfindən görüşdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da danışıqlarda iştirak edir. Türkiyə nümayəndə heyətinə isə xarici işlər naziri Mevlüt Çavuşoğlu və Prezident Administrasiyası rəhbərinin müavini İbrahim Kalın daxildir.Görüşü giriş sözü ilə açan Rusiya prezidenti iki ölkə arasındakı əlaqələrin Su-24 hadisədən sonra pisləşdiyini bildirib. O da ha sonra əlavə edib ki, buna baxmayaraq, Türküyə prezidentinin Rusiyaya səfəri dialoqun bərpa olunmasına sübutdur.
Putin eyni zamanda bildirib ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Ərdoğana ilk zəng edib dəstək verənlərdən olub. Rusiya prezidenti qeyd edib ki, Rusiya həmişə hər hansı bir konstitusiyaya zidd hərəkətlərə qarşıdır və Ərdoğanın rəbərliyi altında Türk xalqını böhranın öhdəsindən gələcəyinə ümidvardır.
Gülnaz Qənbərli
Gununsesi.info