Putin Ərdoğanın son açıqlamasından məmnun qalmamış deyil - POLİTOLOQ

  • By admin
  • 28 Dekabr 2016 13:24

Elxan Shahinoglu

“Fikrimcə, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın sensasiya mahiyyətli “ABŞ-ın DAİŞ terrorçu təşkilatına verdiyi dəstəklə bağlı əlimdə ciddi faktlar var” açıqlamasının ən azı üç məqsədi var. Birinci məqsəd onsuz da hər tərəfdən zərbə alan, hətta müttəfiqi İsrailin də tənqidinə məruz qalan ABŞ prezidenti Barak Obamanın yarıtmaz Suriya siyasətini bir daha vurğulamaqdır. Ərdoğanın ikinci məqsədi “beynəlxalq terrorizmlə mübarizə gücləndirilməlidir” deyən yeni prezident Donald Trampla daha məhsuldar əlaqələr qurmaq və onu Vaşinqtonun Suriyada silahlı kürdlərə dəstək siyasətindən imtinaya vadar etməkdir”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dilə gətirib.

Onun sözlərinə görə, nəhayət, Ərdoğanın üçüncü məqsədi Amerika administrasiyasını hədəf götürməklə rusiyalı həmkarı Putinlə işbirliyini gücləndirməkdir.

“Putin Ərdoğanın son açıqlamasından məmnun qalmamış deyil. Ancaq Amerika ilə kəllə-kəllə siyasəti təhlükəlidir. “Amerika DAİŞ-lə əlbirdir” ciddi ittihamdır, bunu heç rusiyalı rəsmilər dilə gətirmirlər…”-deyə, o, sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info