Putin Ərdoğanla razılığa gəldi

“Rusiya Prezidenti Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü barədə razılıq əldə etmişik”.

Gununsesi.info “Hürriyət”ə xəbər verir ki , bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

“Cənab Putin mənə bildirdi ki, gəlin bu taxılı ehtiyacı olan ölkələrə təmənnasız göndərək, razılaşdıq. 13-14 noyabr tarixlərində Balidə baş tutacaq G20 sammiti çərçivəsində görüşəcəyik və bu məsələni də müzakirə edəcəyik”, – Ərdoğan əlavə edib.

Gununsesi.info