Putin Ərdoğana təşəkkür edir - RUSİYA VƏ TÜRKİYƏ RƏHBƏRLƏRİ SƏMƏRQƏNDDƏ NƏDƏN DANIŞIB?

  • By admin
  • 17 Sentyabr 2022 11:42

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan sebtyabrın 16-da Şanxay əməkdaşlıq təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində görüşüblər.

Gununsesi.info xəbər verir ki, Rusiya prezidentinin rəsmi saytında dərc edilmiş məlumata görə Putin deyib ki, iki ölkə arasında münasibətlər iki prezidentin avqust ayında Soçidə keçirilmiş görüşündən sonra xüsusilə fəal inkişaf edir.

Putin habelə Erdoğana onun ərzaq proqramının gerçəkləşdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib:

“Siz bunu bugün yada saldınız. Mən Ukrayna taxılının daşınmasını nəzərdə tuturam. Ümid edək ki, taxılın əhəmiyyətli hissəsi, buna hələ tam nail omaq mümkün olmasa da, hər halda BMT-nin ərzaq proqramı üzrə ən yoxsul ölkələrə gedəcək”.

Putin bildirib ki, Rusiya taxılının böyük bir hissəsini də Türkiyə vasitəsilə daşımaq olar.

Rusiya prezidenti Türkiyəni Moskvanın “etibarlı partnyoru” adlandırıb.

Rublla ödəniş və başqa razılaşmalar

Putin xatırladıb ki, Türkiyə Rusiyanın enerji daşıyıcılarının nəqli üçün ən etibarlı tranzitdir və bu ölkəyə Türk Axını kəməri nəql olunan Rusiya qazı fasiləsiz olaraq oradan həm də Avropa İttifaqı ölkələrinə verilir.

Putin bu görüş zamanı bildirib ki, “əldə olunmuş razılaşmaya görə” Türkiyə ona nəql olunan “Rusiya mənşəli təbii qazın” 25 faizi üçün ödəmələri rublla edəcək.

Putin bunu da bildirib ki, Türkiyədə Akkuyu atom elektrik stansiyasının tikintisi ilə bağlı “müəyyən məsələlər” də yoluna qoyulub və bu “nəhəng tikintiyə” dair yekun sənədlər imzalanıb:

“Mən çox istərdim ki, bizim razılaşdığımız kimi birinci blok 2023-cü ildə, Türkiyə Respublikasının 100 illiyi qeyd edilərkən istismara verilsin”.