Putin Ərdoğanı Özbəkistanda keçiriləcək iclasa dəvət etdi

  • By admin
  • 07 Avqust 2022 09:12

Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrda Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatınının (ŞƏT) iclasına dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə lideri özü məlumat verib.

Tədbir 5-16 sentyabr tarixlərində Səmərqənddə baş tutacaq.

“Görüşümüz zamanı Putin də xahiş etdi. İmkan olsa, oradakı görüşdə iştirak edəcəyik, inşallah. Biz deyirik: Şanxay beşliyinə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı kimi qoşulanlarla birlikdə olaq” – Ərdoğan qeyd edib.

O əlavə edib ki, dəvəti qəbul edib və fövqəladə bir hadisə baş verməsə, Səmərqəndə səfər edəcək.

Qeyd edək ki, ŞƏT-ə BƏƏ, Suriya, Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla on ölkə qoşulmaq istəyir .

İndi ŞƏT-ə səkkiz ölkə – Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, Belarus və Monqolustan müşahidəçi statusuna malikdir. Tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.

Gununsesi.info