Putin Ərdoğanla bu tarixdə görüşəcək: Masada 2 mövzu var

  • By admin
  • 03 Avqust 2022 11:37

Avqustun 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək.

Gununsesi.info xəbər verir ki, görüş Soçidə baş tutacaq.

Beləliklə, Ərdoğan Putinlə son 17 gündə ikinci dəfə görüşmüş olacaq.

Suriya və Ukrayna məsələlərinin masanın əsas müzakirə mövzularından olacağı bildirilir.

Eyni zamanda, Soçidə taxıl böhranı və ikitərəfli əlaqələr müzakirə ediləcək.

Gununsesi.info